Moskva vilayətində kinoteatrın çökməsi nəticəsində yeddi nəfər xəsarət alıb

Region
  • 08 sentyabr, 2017
  • 11:41
Moskva vilayətində kinoteatrın çökməsi nəticəsində yeddi nəfər xəsarət alıb
МЧС России

Moskva. 8 sentyabr. REPORT.AZ/ Rusiyanın Moskva vilayətinin Balaşixi rayonunda keçmiş kinoteatrın divarlarının bazar cərgəsinə tərəf çökməsi nəticəsində beş nəfər xəstəxanaya çatdırılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, arasında uşaq da olmaqla 7 nəfər xəsarət alıb və onlardan beşi Balaşixi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Digər iki zərərçəkənə ambulator tibbi yardım edilib.

Çökmənin ümumi sahəsi təxminən 50 kvadratmetrdir. 

Hadisə yerində xilasedicilər işləyir.

44 - Tezliklə