Moskva meri: Şəhərə dron hücumu cəhdi olub
Region
- 20 avqust, 2023
- 02:12
Rusiyanın paytaxtı Moskvaya dron hücumu cəhdi olub. Bu cəhdlər hava hücumundan müdafiə vasitələri tərəfindən qabaqlanıb.
“Report” xəbər verir ki, bu barədə paytaxtın meri Sergey Sobyanin teleqramda bildirib.
“Gecə Moskvaya cənub yönündən dronla soxulmağa cəhd edilib. Hava hücumundan müdafiə qüvvələri tərəfindən qabaqlanıb”, - Sobyanin diqqətə çatdırıb.
Məlumatda dronun harada zərərsizləşdirildiyi aydınlaşdırılmayıb.
Xatırladaq ki, bu gecə Moskvanın iki hava limanında reys qəbulu və göndərişi müvəqqəti olaraq dayandırılıb.
Bundan başqa, Ukrayna ilə həmsərhəd olan Kursk şəhərinin dəmir yolu vağzalına dron hücumu olub, 5 nəfər yaralanıb.
Son xəbərlər
00:58
Türkiyə XİN Avropa Parlamentində qəbul olunan qərarı qınayıb
Region00:53
Foto
DÇ-2026: 1/4 final mərhələsinin Fransa - Mərakeş oyununda ilk hissə bitib - YENİLƏNİR
Futbol00:32
İranın Türkiyədəki səfirliyi NATO sammitinin yekun bəyanatına etiraz edib
Region00:03
"Axios": Livan və İsrail Romada qapalı müzakirə keçirəcək
Digər ölkələr23:56
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
Digər ölkələr23:45
İngiltərə yığmasının müdafiəçisi Kuansa iki oyunluq diskvalifikasiya edilib
Futbol23:36
Uqandada ərzaq qıtlığından 16 nəfər həlak olub
Digər ölkələr23:32
Buşehrdəki partlayış səsinin səbəbi müəyyənləşdirilir
Region23:21