Moldovanın yeni seçilən prezidenti Rusiyaya səfər edəcək

Region
  • 29 noyabr, 2016
  • 11:37
Moldovanın yeni seçilən prezidenti Rusiyaya səfər edəcək

Bakı. 29 noyabr. REPORT.AZ/ Moldovanın yeni seçilən prezidenti İqor Dodon bu ilin sonunda Rusiyaya səfər edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Dmitri Roqozin Rusiya - Moldova hökumətlərarası iqtisadi komissiyanın XIV iclasında bildirib.

Onun sözlərinə görə, bu səfər nəzərədə tutulan dialoqun davam etdirilməsi üçün çox vacib səbəb ola bilər.

Qeyd edək ki, İqor Dodon rusiyayönlü siyasətçi sayılır.