Moldovada koronavirusdan ölənlərin sayı 140-a çatdı
- 06 may, 2020
- 08:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Moldovada daha 4 nəfər koronavirusun qurbanı olub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bununla da koronavirusdan ölənlərin sayı 140-a çatıb. 1 658 pasiyent infeksiyadan sağalıb.
Bir müddət əvvəl hökumət Moldovada 4 363 nəfərin infeksiyaya yoluxduğunu açıqlamışdı.
Moldova parlamenti martın 17-də fövqəladə vəziyyət rejiminin daha 60 gün müddətinə uzadılması barədə qərar qəbul edib.
Ölkədə kütləvi mədəni və dini tədbirlərin keçirilməsi qadağan edilib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,7 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 258 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.