​Moldovada etirazçılar prezidentin istefası tələbindən imtina edib

​Moldovada etirazçılar prezidentin istefası tələbindən imtina edib Nikolae Timofti yürüşçülərlə görüşüb
Region
19 Sentyabr , 2015 11:41
​Moldovada etirazçılar prezidentin istefası tələbindən imtina edib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Moldovada etiraz aksiyasının iştirakçıları ölkə prezidenti Nikolae Tomoftinin istefası tələbindən imtina ediblər.

"Report" xəbər verir ki, bu haqda UNIMEDİA məlumat yayıb.

Məlumata görə, imtina qərarı aksiya iştirakçıları preizdentlə görüşdükdən sonra verilib.

"Nikolae Timofti yürüşçülərlə görüşüb və onların tələblərinə cavab verərkən deyib ki, o da aksiya iştirakçıları kimi, prezidentin ümumxalq səsverməsi yolu ilə seçilməsinin tərəfdarıdır. Prezident ölkədə məhkəmə, ədliyyə, maliyyə-bank sahələrində mövcud problemlərdən narahat olduğunu vurğulayaraq, səlahiyyətləri daxilində böhranlı vəziyyətin tənzimlənməsi üçün bütün qanuni tədbirləri həyata keçirəcəyinə söz verib", - prezidentin mətbuat xidməti bildirib.

Məlumata görə, bu görüşdən sonra aksiyanın təşkilatçısı olan vətəndaş hərəkatı prezidentin istefasını istəmədiklərini, ancaq Milli Bankın başçısı, baş prokurorun, Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin rəhbərinin, Ali Ədliyyə Şurası sədrinin və ölkədə yaranan maliyyə-bank böhranında günahkar olanların vəzifələrindən uzaqlaşdırılması tələblərində israr etdiklərini vurğulayıblar.

Xatırladaq ki, ölkədəki etiraz aksiyasının təşkilatçısı "Ləyaqət və Həqiqət" Vətəndaş Hərəkatı hakimiyyətin bütün strukturlarının istefasını tələb edirdi.

Son xəbərlər

Orphus sistemi