Moldova Ukraynaya humanitar yardım göndərir

Moldova Ukraynaya humanitar yardım göndərir Moldova hökuməti Ukraynaya 892 min dollar dəyərində humanitar yardım göndərəcək.
Region
28 Yanvar , 2023 23:46
Moldova Ukraynaya humanitar yardım göndərir

Moldova hökuməti Ukraynaya 892 min dollar dəyərində humanitar yardım göndərəcək.

“Report” xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti açıqlama yayıb.

“Fövqəladə Hallar Komissiyası bugünkü iclasında Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyinin ehtiyatlarından Ukraynaya lazımi yardımın göstərilməsi barədə qərar qəbul edib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, yardım paketinə dərmanlar, enerji sistemi üçün avadanlıqlar, həmçinin çadırlar, yataq dəstləri, qablar, tibbi maskalar və geyimlər daxildir.

Bu, Moldovanın Ukrayna dövlətinə dördüncü humanitar yardım partiyasıdır.

Son xəbərlər

Orphus sistemi