Moldova hava məkanını bağlayıb

Moldova hava məkanını bağlayıb Moldova hava məkanını bağlayıb.
Region
14 Fevral , 2023 16:29
Moldova hava məkanını bağlayıb

Moldova hava məkanını bağlayıb.

“Report” xəbər verir ki, məlumatı UNIAN yayıb.

Məlumata görə, Moldovanın hava məkanında naməlum dronlar müşahidə olunub.

Moldova informasiya mənbələri hava məkanının fevralın 16-dək bağlı qalacağına dair məlumat yayıb.

Qeyd edək ki, Moldova Prezidenti Maya Sandu ölkəsinə hücum hücum ediləcəyi barədə açıqlama vermişdi. Bu açıqlamada adı hallanan Rusiya Xarici İşlər Nazirliyi deyilənləri təkzib edib.

“Moldova air” hava şirkəti də bildirib ki, təhükəsizlik məqsədi ilə ölkə səması müvəqqəti olaraq bağlanıb.

Son xəbərlər

Orphus sistemi