MN: “Ermənistan əsgəri öz xidməti silahından açılan atəşlə yaralanıb”

Region
  • 14 aprel, 2023
  • 12:01
MN: “Ermənistan əsgəri öz xidməti silahından açılan atəşlə yaralanıb”

Erməni hərbçi, ilkin məlumatlara görə, öz xidməti silahından açılan atəşlə yaralanıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, hadisə aprelin 13-də baş verib. Əsgərin vəziyyəti sabit olaraq qiymətləndirilir.

Hadisənin bütün detallarının aydınlaşdırılması üçün araşdırma aparılır.

44 filmi