Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili saxlanıldığı Rustavi şəhərindəki 12 saylı həbsxanadan Tbilisidəki “Vivamedi” klinikasına köçürülüb.
“Report”un yerli bürosu xəbər verir ki, xəstəxana ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib.
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili həbsxanadan Tbilisidəki “Vivamedi” özəl klinikasına köçürülməsinə razılıq verib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Vahid Milli hərəkat Partiyasının üzvü Koba Nakopia jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, M.Saakaşvili yaxın günlərdə müayinə üçün xəstəxanaya köçürüləcək. Müxalifətçi qeyd edib ki, siyasətçiyə müalicə deyil, yalnız müayinədən keçmək təklif edilib.
Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili saxlanıldığı həbsxanadan Tbilisidəki özəl klinikalardan birinə köçürülə bilər.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze keçirdiyi brifinqdə bildirib.
Nazir qeyd edib ki, M.Saakaşvilinin sağlamlıq durumunun ağırlaşmasının qarşısını almaq üçün onun xəstəxanaya köçürülməsi təklif olunur: “Məhbus Saakaşvili özəl klinikada müayinədən keçirilə və lazım gələcəyi halda müalicə də ala biləcək”.
Qeyd edək ki, M.Saakaşvilinin sağlamlıq durumunun ağır olduğu və çətinliklə yeridiyi bildirilir. Yaxınları siyasətçinin müalicə üçün xaricə göndərilməsini tələb edirlər.
Xatırladaq ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana gizli yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb. O, hazırda Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.