MİT-in rəisi Somali Prezidenti ilə terrorçuluqla mübarizəni müzakirə edib

MİT-in rəisi Somali Prezidenti ilə terrorçuluqla mübarizəni müzakirə edib Somalinin paytaxtı Moqadişoda səfərdə olan Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi İbrahim Kalın Şərqi Afrika ölkəsinin Prezidenti Həsən Şeyx Mahmud, Milli Kəşfiyyat və Təhlükəsizlik Agentliyinin sədri Abdullahi Məhəmməd Əli ilə görüşüb.
Region
1 May , 2024 05:11
MİT-in rəisi Somali Prezidenti ilə terrorçuluqla mübarizəni müzakirə edib

Somalinin paytaxtı Moqadişoda səfərdə olan Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi İbrahim Kalın Şərqi Afrika ölkəsinin Prezidenti Həsən Şeyx Mahmud, Milli Kəşfiyyat və Təhlükəsizlik Agentliyinin sədri Abdullahi Məhəmməd Əli ilə görüşüb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Somalinin Prezident Administrasiyası bildirib.

Təhlükəsizlik və kəşfiyyat sahəsində “Əl-Şəbab” terror təşkilatı ilə mübarizə səylərinin müzakirə edildiyi görüşdə regional sabitliyin yaxşılaşdırılması və Türkiyə ilə Somali arasında strateji əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Afrika ölkəsinin lideri Somali hökumətinin iki ölkə arasında təhlükəsizlik məsələlərində, xüsusilə də terrorçuluqla mübarizədə əməkdaşlığa üstünlük verdiyini vurğulayıb.

Xatırladaq ki, martın 29-da Keniyanın Somali ilə sərhədyanı bölgəsində “Əş-Şəbab” yaraqlılarının hücumu nəticəsində azı altı nəfər ölmüşdü.

Son xəbərlər

Orphus sistemi