MDB ölkələrində terrorçuluqda ittiham olunan 9 mindən çox insan axtarışdadır
- 26 sentyabr, 2018
- 08:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayına olan məlumata görə, terrorçuluq və ekstremist təmayüllü cinayətlər törətdiklərinə görə MDB ölkələrinin 9 mindən çox vətəndaşı MDB dövlətlərarası axtarışdadır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə MDB Terrorçuluqla Mübarizə Mərkəzinin rəhbəri Andrey Novikov bildirib.
Onun sözlərinə görə, onlardan 5 minə yaxını muzdlular, yəni qanunsuz silahlı birləşmələrin və beynəlxalq terror təşkilatların heyətində üçüncü ölkə ərazisindəki döyüş əməliyyatlarında iştirak edən şəxslərdir.
A.Novikov həmçinin deyib ki, 2015-ci ildən etibarən MDB ölkələrinin maliyyə kəşfiyyat qurumları tərəfindən terrorçuluğun maliyyələşməsində əli olan 207 nəfər müəyyənləşdirilib.