Marneulidə keçirilən etiraz aksiyası başa çatdı - YENİLƏNİB

Marneulidə keçirilən etiraz aksiyası başa çatdı - YENİLƏNİB Marneulidə bir neçə kənd sakinlərinin keçirdiyi etiraz aksiyası başa çatıb.
Region
22 Aprel , 2020 17:03
Marneulidə keçirilən etiraz aksiyası başa çatdı - YENİLƏNİB
0 : 00
0 : 00

Marneulidə bir neçə kənd sakinlərinin keçirdiyi etiraz aksiyası başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, aksiya iştirakçıları bağladıqları yolu açaraq ərazini tərk ediblər.

Etirazçılar və yerli hakimiyyət arasında əldə olunan razılığa əsasən, kənd sakinlərinin yetişdirdikləri məhsulu satmaqla bağlı problemləri olmayacaq.

Qeyd edək ki, etiraz aksiyasında Marneulidə ciddi karantin rejiminin ləğvi və məhsulların bazarlara çıxarılması üçün yolların açılması tələb olunub. 


*** 15:00

Gürcüstanın Marneuli rayonunun bir neçə kəndində sakinlər etiraz aksiyası keçiriblər.

“Report”un yerli bürosu xəbər verir ki, sakinlər məhsullarının satışının təşkil olunması və yolların açılmasını tələb ediblər.

Etirazçılar bildiriblər ki, avtomobillə hərəkət edib yetişdirdikləri məhsulları satmaq istəyirlər.

Kvemo Kartli qubernatoru Şota Rexviaşvili və Marneulinin icra başçısı Zaur Darğallı yerli sakinlərlə görüşüb. Etirazçıların tələbi ilə tanış olan qubernator deyib ki, yerli məhsulun satışına dəstək göstəriləcək. Sakinlərdən məhsulun alınması üçün yük maşınları səfərbər olunub.

Ciddi karantin rejiminin ləğv olunması tələbi ilə etirazçıların bir qismi Marneulini Şulaveri kəndi ilə birləşdirən yolu bağlayıb. Əraziyə əlavə polis qüvvələri cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi