Marneulidə azyaşlı nəvəsini nikaha məcbur etməkdə şübhəli bilinən qadın saxlanılıb
Region
- 09 oktyabr, 2026
- 11:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda azyaşlı nəvəsini nikaha məcbur etməkdə şübhəli bilinən qadın saxlanılıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaqın versiyasına görə, şübhəli cinsi ayrı-seçkilik və dözümsüzlük zəminində azyaşlı nəvəsini öz kəndlərindən olan bir kişi ilə iradəsinə zidd olaraq nikaha daxil olmağa məcbur edib.
Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi istintaq tədbirləri nəticəsində qadın saxlanılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11-ci maddə ilə əlaqəli 150-ci maddəsi üzrə istintaq aparılır. Həmin maddə ilə dörd ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Son xəbərlər
22:30
Bayraktar: "Akkuyu" AES-in ilk reaktoru yaxın zamanda istifadəyə veriləcək
Region
22:18
Plenkoviç: Azərbaycanda keçiriləcək ASB sammiti Avropa ilə əməkdaşlığa mühüm töhfə olacaq - Eksklüziv
Xarici siyasət
22:14
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Region
21:57
Peru sahillərində zəlzələ baş verib
Digər ölkələr
21:51
AFP: Avropa İttifaqı Rusiya ilə danışıqlar qrupunu təsdiqləyib
Digər ölkələr
21:49
Foto
Sahil Babayev: "Daha 35 dövlət müəssisəsinin III rüb üzrə maliyyə göstəriciləri təhlil edilir"
Maliyyə
21:48
Muxtar Babayev: COP31-də əməkdaşlığı inkişaf etdirmək üçün məhsuldar ikitərəfli görüşlər keçirdik
Xarici siyasət
21:42
Argentinada qaz kəmərinin partlaması nəticəsində onlarla insan xəsarət alıb
Digər ölkələr
21:38
Belçikada məktəbin minalanması barədə yalan məlumat verməkdə şübhəli yeniyetmə saxlanılıb
Digər ölkələr