Mariya Zaxarova: "Rusiya Türkiyə və Ermənistan arasında əlaqələrin normallaşmasını dəstəkləyir"

Mariya Zaxarova: "Rusiya Türkiyə və Ermənistan arasında əlaqələrin normallaşmasını dəstəkləyir" Bakı. 7 mart. REPORT.AZ/ Rusiya Sürix protokolları çərçivəsində Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün əlindən gələni edib.
Region
7 Mart , 2018 14:21
Mariya Zaxarova: Rusiya Türkiyə və Ermənistan arasında əlaqələrin normallaşmasını dəstəkləyir

Bakı. 7 mart. REPORT.AZ/ "Rusiya Sürix protokolları çərçivəsində Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün əlindən gələni edib."

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. 

O, Ermənistan tərəfinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı Sürix protokollarını etibarsız elan etməsi məsələsinə belə münasibət bildirib: "Rusiya nümayəndə heyəti o dövrdə Sürixdə idi və prosesdə fəal iştirak edirdi. Bütün qiymətləndirmə həyata keçirilib."

Onun sözlərinə görə, Rusiya bu ölkələrin maraqlarına uyğun olaraq Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşmasının vacibliyinə əsaslanır.

Diplomat əlavə edib ki, Rusiya öz adından bu məqsədə nail olunması üçün hər zaman əlindən gələn hər şeyi edib. 

Orphus sistemi