Maksim Oreşkin: "Rusiya Prezidenti olmaq istəyərdim"

Maksim Oreşkin: "Rusiya Prezidenti olmaq istəyərdim" Bakı. 4 mart. REPORT.AZ/ Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin ölkəsinin prezidenti vəzifəsində işləmək istəyini bildirib.
Region
4 Mart , 2019 13:51
Maksim Oreşkin: Rusiya Prezidenti olmaq istəyərdim
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin / Report/ Orkhan Azim

Bakı. 4 mart. REPORT.AZ/ Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin ölkəsinin prezidenti vəzifəsində işləmək istəyini bildirib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, o deyib: "Hər bir idarəçi üçün prezidentlik işi məğzi və mahiyyəti baxımdan maraqlıdır".

Nazir eyni zamanda həmin vəzifənin olduqca yorucu olduğu qənaətindədir.

“Rütbə artdıqca işin həcmi də artır. Üstəlik ölkə üçün həqiqi işlər görmək istəyirsənsə, ağlasığmaz yükün altında qalmalısan”, –rusiyalı nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi