Mahaçqala şəhər başçısı səlahiyyətlərini aşdığına görə saxlanılıb - YENİLƏNİB

Mahaçqala şəhər başçısı səlahiyyətlərini aşdığına görə saxlanılıb - YENİLƏNİB Bakı. 7 noyabr. REPORT.AZ/ Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərinin başçısı vəzifəsini müvəqqəti icra edən Əbusüfyan Həsənov səlahiyyətlərin aşılması işi üzrə keçirilən operativ tədbirlərin başa çatmasından sonra saxlanılıb.
Region
7 Noyabr , 2018 15:27
Mahaçqala şəhər başçısı səlahiyyətlərini aşdığına görə saxlanılıb - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 7 noyabr. REPORT.AZ/ Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərinin başçısı vəzifəsini müvəqqəti icra edən Əbusüfyan Həsənov səlahiyyətlərin aşılması işi üzrə keçirilən operativ tədbirlərin başa çatmasından sonra saxlanılıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.


***14:38

Mahaçqala şəhərinin rəhbəri vəzifəsini icra edən Əbusüfyan Həsənovun iş otağında bu gün səhərdən axtarış aparılır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat verən mənbə axtarışın hansı məsələ və ya istintaq çərçivəsində aparıldığını bildirməyib.

Qeyd edək ki, Mahaçqala şəhərinin başçısı Musa Musayev dövlət əmlakını dağıtdığına görə 4 il həbs cəzasına məhkum ediləndən sonra onun müavini olan Ə.Həsənov yanvarın 22-dən bu vəzifəni müvəqqəti icra edir.

Son xəbərlər

Orphus sistemi