Laos Rusiyaya Sovet dövrünə aid 30 ədəd tank verib
Region
- 09 yanvar, 2019
- 04:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 yanvar. REPORT.AZ/ Laosun Müdafiə Nazirliyi hərbi-texniki əməkdaşlıq çərçivəsində 30 ədəd tam saz vəziyyətdə olan Sovet dövrünə aid "T-34" tipli tankı Rusiyanın müdafiə idarəsinə verib.
“Report” xəbər verir ki, bu barədə "Krasnaya zvezda" qəzeti yazıb.
Məlumata görə, bu barədə razılıq ötən il Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Laosa səfəri zamanı əldə olunub.
Bildirilir ki, texnika dəniz yolu ilə Vladivostoka gətirilib. Tanklar oradan dəmir yolu ilə Moskvaətrafı Naro-Fominskə aparılacaq.
Qeyd edilir ki, tanklardan eləcə də, hərbi paradlar və film çəkilişləri zamanı istifadə olunması planlaşdırılır.
Son xəbərlər
11:52
Cəlilabadda yaşayan İkinci Dünya müharibəsinin sonuncu veteranı vəfat edib
Hadisə
11:40
Azərbaycan armatur istehsalını 13 % artırıb
Sənaye
11:35
FT: ABŞ hərbçiləri Britaniyanın Lakenhit aviabazasına PUA hücumunu dəf edib
Digər ölkələr
11:34
"Arsenal" qışda heyətinə üç yeni futbolçu cəlb etməyi planlaşdırır
Futbol
11:20
Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb
Xarici siyasət
11:17
İlham Əliyev Albaniya Prezidentini təbrik edib
Xarici siyasət
11:11
Azərbaycan dəri istehsalını 23 % artırıb
Sənaye
11:10
Azərbaycan dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb
Hadisə
11:00
Azərbaycandakı sığorta şirkətlərinin öhdəliklərinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə