Kvemo Kartlidə koronavirusa yoluxanların sayı 128-ə çatdı

Region
  • 27 aprel, 2020
  • 06:12
Kvemo Kartlidə koronavirusa yoluxanların sayı 128-ə çatdı

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli bölgəsində koronavirusa yoluxanların sayı 128-ə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə bölgə qubernatoru Şota Rexviaşvili bildirib.

O deyib ki, bölgə üzrə xəstəlikdən bu günədək 18 nəfər sağalıb.

Qubernator həmçinin qeyd edib ki, Kvemo Kartlinin Tetritskaro bələdiyyəsində COVID-19 infeksiyasına 19 yoluxma halı təsdiqlənib: “Halların 12-si Tetritskaro qəsəbəsində qeydə alınıb. Bu səbəbdən ötən gündən qəsəbəyə giriş-çıxış bağlanılıb”.

44 filmi