Kreml Ermənistanın KTMT-də iştirakını dondurması ilə bağlı vəziyyətə aydınlıq gətirəcək

Kreml Ermənistanın KTMT-də iştirakını dondurması ilə bağlı vəziyyətə aydınlıq gətirəcək Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının dondurulması ilə bağlı mövqeyini hələlik dəqiqləşdirmir.
Region
26 Fevral , 2024 14:13
Kreml Ermənistanın KTMT-də iştirakını dondurması ilə bağlı vəziyyətə aydınlıq gətirəcək

Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurması ilə bağlı aydın məlumata malik deyil.

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Biz buna aydınlıq gətirəcəyik. Çünki sənədlərə əsasən, KTMT-də belə de-yure rejim sadəcə olaraq yoxdur", - Peskov bildirib.

Xatırladaq ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın KTMT-də iştirakını dondurduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi