Kiyevdə Rusiyanın daha bir diversiya qrupu zərərsizləşdirilib

Kiyevdə Rusiyanın daha bir diversiya qrupu zərərsizləşdirilib Kiyevdə Rusiyaya məxsus daha bir diversiya qrupu zərərsizləşdirilib.
Region
24 Mart , 2022 13:20
Kiyevdə Rusiyanın daha bir diversiya qrupu zərərsizləşdirilib

Ukraynanın paytaxtı Kiyev şəhərində Rusiyanın daha bir diversiya qrupu zərərsizləşdirilib.

Şəhər Hərbi Komendantlığından “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə, son 3 sutka ərzində paytaxtda 150-dən çox diversant məhv olunub.

Daha 50 təxribatçı isə aşkar edilərək saxlanılıb. Məlumata görə, onlar daha çox şəhəri artileriya zərbələrinə məruz qoymağa çalışır, blok-postlara hücum təşkil edirlər.

Qeyd edək ki, Kiyevdə diversiya qruplarına qarşı xüsusi əməliyyatlara görə mütəmadi şəkildə gücləndirilmiş komendant saatları da elan olunur.

Son xəbərlər

Orphus sistemi