KİV: Putin Ukraynaya hazırkı cəbhə xəttində atəşkəs təklif edir

KİV: Putin Ukraynaya hazırkı cəbhə xəttində atəşkəs təklif edir Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sülh razılaşması üçün hazırkı cəbhə xəttində atəşkəs təklif edib.
Region
22 aprel 2025 22:57
KİV: Putin Ukraynaya hazırkı cəbhə xəttində atəşkəs təklif edir
Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sülh razılaşması əldə etmək üçün bütün cəbhə xəttində atəşkəs təklif edib.

“Report” xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Üç mənbənin sözlərinə görə, bu ayın əvvəlində Sankt-Peterburqda keçirilən görüşdə Rusiya Prezidenti ABŞ lideri Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffa deyib ki, Moskva Ukraynanın işğal olunmuş dörd regionunun Kiyevin nəzarətində qalan hissələrinə dair iddialarından əl çəkə bilər.

O vaxtdan bəri ABŞ Vaşinqtonun Ukraynanın Krım yarımadasını Rusiya ərazisi kimi tanımasını və azı hazırda əlində olan dörd regionun bir hissəsi üzərində Kremlin faktiki nəzarətini tanımasını ehtiva edən mümkün nizamlanma ideyalarını irəli sürür.

Nəşr iddia edir ki, bu, Vladimir Putinin müharibəni dayandırmaq üçün əvvəlki tələblərinin bir qismini tərk etməyə hazır olduğuna dair ilk işarə ola bilər.

Son xəbərlər

Orphus sistemi