​KİV: Ankarada törədilən terrorda ölənlərin sayı 57 nəfərə çatıb

​KİV: Ankarada törədilən terrorda ölənlərin sayı 57 nəfərə çatıb Hadisə nəticəsində yaralanan polis əməkdaşının da vəziyyətinin ağır olduğu bildirilib
Region
10 Oktyabr , 2015 17:13
​KİV: Ankarada törədilən terrorda ölənlərin sayı 57 nəfərə çatıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu gün Ankarada dəmiryol stansiyasında törədilən terror aktı nəticəsində həyatını itirənlərin sayı 57 nəfərə çatıb.

"Report" Türkiyənin "Sözçü" qəzetinə istinadən xəbər verir. 

Hadisə yerində olan jurnalistin məlumatına görə, stansiyada 40 nəfər, xəstəxanada isə 17 nəfər həyatını itirib. Terror nəticəsində yaralanan polis əməkdaşının da vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edək ki, Türkiyənin Daxili İşlər Nazirliyi hadisə nəticəsində 30 nəfərin öldüyü, 126 nəfərin yaralandığı haqda məlumat yayıb. 

Son xəbərlər

Orphus sistemi