Kemerovodakı faciə ilə bağlı Rusiyada birgünlük matəm elan edilib

Kemerovodakı faciə ilə bağlı Rusiyada birgünlük matəm elan edilib Yanğın nəticəsində 64 nəfər həlak olub, onlardan 41-i uşaqdır
Region
27 Mart , 2018 14:35
Kemerovodakı faciə ilə bağlı Rusiyada birgünlük matəm elan edilib

Bakı. 27 mart. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin Kemerovoda baş vermiş faciə ilə bağlı martın 28-də Rusiyada matəm elan edilməsinə dair sənəd imzalayıb.

Bu barədə "Report" Kremlin Mətbuat xidmətinə istinadən xəbər verir.

Sərəncamla ölkə daxilində və xaricində rəsmi dövlət inzibati binalarının üzərindəki Rusiya bayraqları endiriləcək. 

Qeyd edək ki, martın 25-də Rusiyanın Kemerovo şəhərində yerləşən "Qış albalısı" Ticarət-Əyləncə Mərkəzində yanğın baş verib. Alov binanın sonuncu mərtəbəsində, kinozalların olduğu ərazidə qeydə alınıb. Bazar günü olduğundan burada çox sayda uşaq olub.

Son məlumata görə, yanğın nəticəsində 64 nəfər həlak olub, onlardan 41-i uşaqdır.

Son xəbərlər

Orphus sistemi