Kazanda avtobus məscidin qapısına çırpılıb

Kazanda avtobus məscidin qapısına çırpılıb Bakı. 25 dekabr. REPORT.AZ/ Rusiyanın Kazan şəhərində avtobusun məscidin qapısına çırpılması ilə bağlı fakt araşdırılır.
Region
25 Dekabr , 2017 17:56
Kazanda avtobus məscidin qapısına çırpılıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Rusiyanın Kazan şəhərində avtobusun məscidin qapısına çırpılması ilə bağlı fakt araşdırılır.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, sosial şəbəkələrdə qırmızı rəngli avtobusun şəhərdəki məscidlərin birinin qapısına çırpıldığı anın təsvir olunduğu şəkil yayılıb.

Şəkilə şərhdə belə yazılıb: "Tukayda Kolxoz bazarı yaxınlığında avtobus düz məscidin qapısında park edib".

Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Müfəttişliyindən verilən məlumata görə, hazırda hadisənin başvermə səbəbləri aydınlaşdırılır, qəza yerində ekipaj çalışır. Hələlik zərərçəkənlər barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi