Kazan gənclər ili çərçivəsində İƏT-in tədbirlərini yeni səviyyəyə qaldırıb

Region
  • 16 dekabr, 2022
  • 08:26
Kazan gənclər ili çərçivəsində İƏT-in tədbirlərini yeni səviyyəyə qaldırıb

"Kazan gənclər ili çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) tədbirlərinin keçirilməsi plankasını yeni səviyyəyə yüksəldib".

“Report” xəbər verir ki, bunu ICYF-ERC Avrasiya Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov "Kazan – İƏT-nin 2022-ci il üçün gənclər paytaxtı” beynəlxalq proqramının bağlanış mərasimində deyib.

"Gənclər paytaxtı proqramı uzun illərdir həyata keçirilir. Demək olar ki, bütün bağlanış mərasimlərində iştirak etmişəm. Hesab edirəm ki, Kazan şəhəri proqramın plankasını yeni səviyyəyə yüksəldib və ondan sonra gələn şəhərlərin Tatarıstan paytaxtı ilə rəqabət aparması asan olmayacaq”, - o bildirib.

E.Əsgərov Tatarıstan Hökumətinin, Gənclər Nazirliyinin, eləcə də Tatarıstan Respublikasının gənclər təşkilatının proqramın öhdəsindən uğurla gəldiklərini söyləyib.