Tbilisi. 21 aprel. REPORT.AZ/ "Hazırda Gürcüstanda 400-ə yaxın məscid, xeyli sayda dini məktəblər var".
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri ümumgürcüstan katolikos-patriarxı II İlya Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdə söyləyib.
“Bu gün Gürcüstanda xeyli sayda müsəlman yaşayır. Onlara dini ayinlərini yerinə yetirmək, ibadət etmək üçün hər cür şərait yaradılıb. Ölkəmizdəki 400-ə yaxın məscid, xeyli dini məktəb, İslam dininin təbliği məqsədi ilə çoxlu sayda qəzet və jurnallar nəşr etdirirlər. Gürcüstandakı müsəlman dini abidələr də yüksək səviyyədə qorunur. Azərbaycandakı gürcü dini abidələr də yüksək səviyyədə qorunur və inanıram ki, bundan sonra mühafizə olunacaq”, - II İlya deyib.
Katolikos-patriarx vurğulayıb ki, Azərbaycanda və Gürcüstanda mövcud olan tolerantlıq başqa ölkələr üçün nümunədir.