Karneqi İnstitutu: Aprel döyüşlərindən sonra ermənilərdə torpaqları daimi işğal altında saxlayacaqlarına dair şübhə yaranıb

Karneqi İnstitutu: Aprel döyüşlərindən sonra ermənilərdə torpaqları daimi işğal altında saxlayacaqlarına dair şübhə yaranıb "Ermənistanda cari rejimin idarəsi iqtisadi və demoqrafik böhranla xarakterizə olunur"
Region
105
9 Dekabr , 2016 10:05
Karneqi İnstitutu: Aprel döyüşlərindən sonra ermənilərdə torpaqları daimi işğal altında saxlayacaqlarına dair şübhə yaranıb

Bakı. 9 dekabr. REPORT.AZ/ "Ermənistanda cari rejimin idarəsi iqtisadi və demoqrafik böhran, Rusiyadan asılılıq, Türkiyə və Azərbaycanla münasibətlərdə qaranlıq gələcəklə səciyyələnir".

"Report" xəbər verir ki, bunu Vaşinqtondakı Karneqi İnstitutunun analitiki Pol Stronski "Ermənistanın 25 ili: ağır yol" sərlövhəli məqaləsində yazıb.

Analitikin sözlərinə görə, müstəqilliyinin 25 illiyində Ermənistan iqtisadiyyatı hələ də çətinliklər yaşayır, əhali siyasətçilərdən və onların qərarlarından yorulub. Məqalədə qeyd olunur ki, bununla əlaqədar əhali və siyasətçilər arasında böyük uçurum yaranıb. P.Stronski bütün bunların fonunda hazırkı prezident Serj Sarqsyanın gələcəkdə baş nazir postunu tutmaqla hakimiyyətdə qalmaq göstərdiyi səylərin sosial çevrilişlərlə nəticələnə biləcəyini əlavə edib. Bundan əlavə, analitik Ermənistan elitası arasında ciddi korrupsiyanın mövcudluğunu qeyd edib.

Qarabağ münaqişəsi haqqında danışan P.Stronski "dördgünlük aprel müharibəsi"nin erməniləri şoka saldığını və onlarda münaqişə ocağı olan yerləri və ətraf əraziləri daimi nəzarətdə saxlayacaqlarına dair şübhə yaratdığını bildirib. Müəllif qeyd edib ki, bundan sonra Ermənistanda qarışıqlıq baş verib, o cümlədən "Sasna tsrer" təşkilatı prezident S.Sarqsyanın istefasını tələb edib.

P.Stronski məqalənin sonunda vurğulayıb ki, bu gün Ermənistan yolayrıcında və qeyri-müəyyənlik içərisindədir. Vətəndaşları ölkəni daha kütləvi şəkildə tərk edir, qonşular tərəfindən təcrid davam edir və bu amil onun iqtisadiyyatına mənfi təsir göstərir.

Son xəbərlər

Orphus sistemi