Jirinovski Leninin nəşini yandırmağı təklif edib

Jirinovski Leninin nəşini yandırmağı təklif edib Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski SSRİ lideri Vladimir Leninin nəşini yandırmağı və onun külünü atasının və ya anasının məzarının yanında basdırmağı təklif edib.
Region
1688
19 Sentyabr , 2020 03:48
Jirinovski Leninin nəşini yandırmağı təklif edib
Vladimir Jirinovski

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski keçmiş SSRİ-nin lideri Vladimir Leninin nəşini yandırmağı təklif edib.

“Report” xəbər verir ki, siyasətçi bu təkliflə “Vesti FM”-in efirində çıxış edib.

Jirinovski hesab edir ki, Leninin külü atasının və ya anasının məzarının yanında basdırılmalıdır.

Deputatın sözlərinə görə, o amerikalı rəssam Devid Datunun Leninin nəşini almaq təklifinə müsbət yanaşıb.

“Məqbərəni ora hissə-hissə daşıyardım. Və o bizə 1 milyarda qədər ABŞ dolları ödəməyə hazırdır. Əgər Allah xatirinə belə böyük bir məbləğ əldə etsək... Xahiş edirəm, satmayaq, krematoriyə gedək, cəsədi yandırıb kolbanı basdıraq”, - Jirinovski deyib.

Son xəbərlər

Orphus sistemi