İtaliyalı analitik: “İrəvanın sülh sazişinin təminatçıları tələbi Bakıya təzyiq cəhdidir”

İtaliyalı analitik: “İrəvanın sülh sazişinin təminatçıları tələbi Bakıya təzyiq cəhdidir” Sülh sazişinin təminatçısı kimi üçüncü tərəflərin cəlb edilməsi Ermənistanın Azərbaycana təzyiq göstərmək üçün xaricdən dəstək almaq cəhdi ola bilər.
Region
17 Yanvar , 2024 16:57
İtaliyalı analitik: “İrəvanın sülh sazişinin təminatçıları tələbi Bakıya təzyiq cəhdidir”

Sülh sazişinin təminatçısı kimi üçüncü tərəflərin cəlb edilməsi Ermənistanın Azərbaycana təzyiq göstərmək üçün xaricdən dəstək almaq cəhdi ola bilər.

Bunu “Report”a açıqlamasında italiyalı analitik, Roma Sapienza Universitetinin beynəlxalq hüquq üzrə fəlsəfə doktoru Valentina Şabert deyib.

Onun sözlərinə görə, son bir neçə ildə Ermənistanın Azərbaycanla münasibətlərin normallaşması prosesində mövqeyi bir neçə mərhələdən keçib: “2023-cü il sentyabrın 19-dan başlayaraq Bakı ilə əməkdaşlığa daha konstruktiv yanaşma müşahidə olunur”.

“Ermənistan dəfələrlə xarici vasitəçilərin, xüsusən də Avropa İttifaqının (Aİ) cəlb edilməsində israr edib. Məncə, bunun mahiyyətcə iki səbəbi var. Bir tərəfdən, Azərbaycanla sülh sazişinin imzalanması dəfələrlə tənqid olunan və addımlarına qarşı etirazlarla üzləşən Ermənistanın baş naziri Nikol Paşinyana daxili siyasət baxımından baha-başa gələ bilər. Baxmayaraq ki, Ermənistan cəmiyyətinin bir hissəsi sülhün və regional sabitliyin zəruriliyini dərk edir. Digər tərəf isə Paşinyanı Qarabağdan “imtinada” və Ermənistan üçün əlverişsiz olmayan şərtlərlə sülh sazişi imzalamaqla razılaşmağa hazır olmaqda ittiham edir”, - o vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın Aİ və ABŞ-ni sülh sazişinin təminatçısı kimi cəlb etmək səyi Azərbaycana təzyiq göstərmək cəhdi kimi də şərh edilə bilər.

V.Şabert vurğulayıb ki, bu həm də Qərbin ermənipərəst mövqeyinin çoxsaylı açıq nümayişi ilə bağlıdır, xüsusən də Qranada bəyanatından sonra bu mövqe artıq Azərbaycan tərəfindən qərəzsiz vasitəçi kimi qəbul edilmir: “Eyni zamanda, bu, Qərbin özü üçün həssas məsələdir - onun Azərbaycanla münasibətlərinin mümkün pisləşməsi Rusiya və İrandan yan keçərək Mərkəzi Asiya ilə iqtisadi əlaqələrin gücləndirilməsi zərurətini, enerji resurslarının əldə edilməsinin alternativ yollarının mümkünlüyünü sarsıdacaq”.

Ekspert hesab edir ki, yalnız Aİ və ABŞ-ın vasitəçiliyinin uğursuzluğundan sonra Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqların yenidən canlanmasına diqqət yetirmək lazımdır.

Son xəbərlər

Orphus sistemi