Türkiyənin İstanbul şəhərində baş vermiş qasırğa nəticəsində 528 evin damı uçub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Həmçinin qeyd olunub ki, təbii fəlakət nəticəsində 839 ağac aşıb.
Xatırladaq ki, ötən gün Türkiyənin İstanbul, Kocaeli və Zonquldaq şəhərlərində başlayan qasırğa nəticəsində 4 nəfər həlak olub, 38 nəfər xəsarət alıb.