İstanbulda partlayış zamanı ölənlər arasında iki ABŞ vətəndaşı var

İstanbulda partlayış zamanı ölənlər arasında iki ABŞ vətəndaşı var Bu barədə Ağ evin rəsmi nümayəndəsi məlumat verib
Region
20 Mart , 2016 01:23
İstanbulda partlayış zamanı ölənlər arasında iki ABŞ vətəndaşı var

Bakı. 20 mart. REPORT.AZ/ Ötən gün səhər saatlarında İstanbulda törədilən partlayış nəticəsində ölənlər arasında iki ABŞ vətəndaşı var.

“Report” xəbər verir ki, bunu Ağ evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) rəsmi nümayəndəsi Ned Prays bildirib.

MTŞ nümayəndəsi İstanbuldakı partlayışı qətiyyətlə pisləyib və Vaşinqtonun Türkiyəni daim dəstəklədiyini bildirib.

Partlayış şəhərin mərkəzindən keçən İstiqlal prospektindəki ticarət mərkəzi və polis məntəqəsi yaxınlığında baş verib. Bombanı terrorçu-kamikadze işə salıb. Hadisə nəticəsində terrorçudan əlavə 4 nəfər ölüb, 36 nəfər yaralanıb. Yaralıların 12 nəfəri əcnəbilərdir.

Son xəbərlər

Orphus sistemi