İstanbul hava limanında uçuşlar təxirə salınıb

İstanbul hava limanında uçuşlar təxirə salınıb Türkiyənin İstanbul şəhərində hava limanında uçuşlar yerli vaxtla saat 18.00-dək dayandırılıb.
Region
24 Yanvar , 2022 15:43
İstanbul hava limanında uçuşlar təxirə salınıb

Türkiyənin İstanbul şəhərində hava limanında uçuşlar yerli vaxtla saat 18:00-dək dayandırılıb.

“Report” xəbər verir ki, məlumatı Türkiyənin NTV telekanalı yayıb.

Bildirilib ki, hava limanında uçuşların dayandırılmasına səbəb güclü qar yağması göstərilib.

Məlumata görə, uçuş və eniş zolağından qar təmizlənənədək hava limanına təyyarələrin enməsi və qalxması dayandırlılıb.

Bildirilib ki, İstanbula yanvarın 23-dən yağan qarın yanvarın 25-i səhərə saatlarınadək yağması gözlənilir.

Son xəbərlər

Orphus sistemi