İrəvanda keçmiş zavodun ərazisində yanğın başlayıb

İrəvanda keçmiş zavodun ərazisində yanğın başlayıb İrəvanın Arşakunyats prospektində yerləşən keçmiş zavodun ərazisində yanğın başlayıb.
Region
24 Sentyabr , 2022 11:32
İrəvanda keçmiş zavodun ərazisində yanğın başlayıb

Ermənistanın paytaxtı İrəvan şəhərinin Arşakunyats prospektində yerləşən keçmiş zavodun ərazisində yanğın başlayıb.

“Report” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tikintisi başa çatmayan binada yanğın başlaması barədə siqnal yerli vaxtla saat 08:30-da FHN-ə daxil olub. Hadisə yerinə 3 yanğınsöndürən-xilasedici briqadası göndərilib.

“Sputnik Ermənistan” yanğının bir vaxtlar plastik məmulatların istehsalı ilə məşğul olan zavodun fəaliyyət göstərdiyi ərazidə baş verdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi