İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir

İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir İrəvanda hökumət binası qarşısında vergilərin artırılması qərarına qarşı etiraz aksiyası keçirilir.
Region
13 yanvar 2025 09:33
İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir

İrəvanda hökumət binasının qarşısında dövriyyə vergisinin artırılmasını və bürokratik əngəlləri nəzərdə tutan dəyişikliklərin qüvvəyə minməsinə qarşı etiraz aksiyası keçirilir.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i xəbər verir.

Aksiya "Qızıl bazarı" ticarət mərkəzinin bir qrup işçisi tərəfindən keçirilir. Onlar mallara görə verginin iki dəfə artırılmasına etiraz edirlər.

Aksiya iştirakçılarından birinin sözlərinə görə, satıcılar inventarizasiya aparmağa və qızılın miqdarı barədə məlumat verməyə razıdırlar, lakin vergi müfəttişlərinin xırda məsələlərdə ticarətçiləri "ifşa edəcəkləri" ilə bağlı narahatlıq var.

Aksiya iştirakçıları dəyişikliklərin ləğv edilməsini və ticarət sahəsinin nümayəndələri ilə müzakirələrin aparılmasını tələb edirlər. İşçilər qanuni şəkildə işləmək istədiklərini, lakin dəyişikliklərin onların fəaliyyətini çətinləşdirdiyini bildirirlər.

Vergi Məcəlləsinə edilən dəyişikliklər dövriyyə vergisinin iki dəfə artırılmasını və indiyədək dövriyyə vergisi ödəyən bir sıra sahələrin əlavə dəyər vergisi (ƏDV) sisteminə keçidini nəzərdə tutur. Ermənistan hökumətinin məqsədi güzəştli hesab edilən dövriyyə vergisindən mərhələli şəkildə imtina etmək və bütün sahələri vahid ƏDV sisteminə daxil etməkdir.

Son xəbərlər

Orphus sistemi