İraq İrandakı səfirini geri çağırıb
Region
- 16 yanvar, 2024
- 10:18
İraq Xarici İşlər Nazirliyi ölkənin İrandakı səfiri Nasir Abdul Mohseni məsləhətləşmələr üçün geri çağırıb.
“Report” xəbər verir ki, bu barədə İraq XİN “X” səhifəsində məlumat yayıb.
Qeyd edək ki, İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) yanvarın 15-dən 16-sına keçən gecə İraqın şimalında yerləşən Ərbil şəhərini raket atəşinə tutub. Hadisə nəticəsində 4 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı iddia olunur.
İraq Prezidenti Əbdüllətif Camal Rəşid bildirib ki, Sepahın Ərbili raket atəşinə tutması İraqda deyil, bütövlükdə regionda təhlükəsizliyi təhdid edir.
İraq XİN hadisəni təcavüz kimi qiymətləndirib.
Tehran isə iddia edib ki, həmin ərazidə İrana qarşı olan terrorçu qruplar toplaşırmış.
Son xəbərlər
21:34
Türkiyə XİN Dəməşqdə beş nəfərin öldüyü hücumu pisləyib
Region21:19
Foto
BMT rəsmisinə Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmini barədə məlumat verilib
İnfrastruktur21:04
"Sabah" Avstriyada Ukrayna klubuna uduzub
Futbol20:58
Stubb və Zelenski Rusiyanın Kiyevə genişmiqyaslı hücumunu müzakirə ediblər
Digər ölkələr20:56
Video
Ursula Fon der Lyayen Azərbaycan və Ermənistana səfəri ilə bağlı videoçarx paylaşıb
Xarici siyasət20:34
Manavazyan Ermənistan parlamentində "Vətəndaş müqaviləsi" fraksiyasının rəhbəri olacaq
Region20:33
Azərbaycan-Avropa İttifaqı münasibətləri strateji tərəfdaşlığın yeni səviyyəsinə yüksəlir - RƏY
Milli Məclis20:33
"İmişli" klubu baş məşqçi postuna Fərid Namazovu təyin edib
Futbol20:26
Foto
Video