İranın XİN rəhbəri Türkiyəyə səfər edəcək

İranın XİN rəhbəri Türkiyəyə səfər edəcək İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Türkiyəyə səfər edəcək
Region
19 Mart , 2021 03:05
İranın XİN rəhbəri Türkiyəyə səfər edəcək
Məhəmməd Cavad Zərif

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Türkiyəyə səfər edəcək.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr müzakirə ediləcək. Danışıqlarda eyni zamanda regional məsələlər də əsas diqqət mövzusu olacaq.

Diplomatik mənbələrdən bildirilib ki, Zərif görüşlərini İstanbulda keçirəcək.

İngilis versiyası Iranian FM to visit Turkey

Son xəbərlər

Orphus sistemi