İranın hüquq-mühafizə orqanları rəsmi Tehrana müxalif olan “Iran International” telekanalının jurnalisti Elham Əfkarini saxlayıb.
“Report” xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxs İran İslam Respublikasının dövlət sisteminə böhtan atmaqda və gəncləri iğtişaşların təşkilinə təhrik etməkdə ittiham olunur: “İranın hüquq-mühafizə orqanları son bir neçə ildir şübhəli şəxsi izləyib və belə qənaətə gəliblər ki, jurnalist əks-inqilabçı agentlərlə əlaqə saxlayıb və İranda iğtişaşların əsas təşkilatçılarından birinə çevrilib”.
Xatırladaq ki, E.Əfkari İran sərhəddini keçmək istəyərkən saxlanılıb. Təhlükəsizlik qüvvələrinin məlumatına görə, o, ölkəni tərk etməyi planlaşdırırmış.