İranda təhlükəsizlik qüvvələri nümayişləri dağıdıb, bir neçə nəfər həbs edilib
Region
- 23 sentyabr, 2022
- 00:38
Cümə axşamı İranın paytaxtı Tehran, habelə Təbriz, İsfahan və digər şəhərlərində polislə küçə nümayişçiləri arasında toqquşmalar baş verib.
“Report”un xəbərinə görə, bu barədə “AlHadath” telekanalı məlumat yayıb.
Məlumata görə, güc strukturunun əməkdaşları tələbə təşkilatları və hüquq müdafiəçilərinin çağırışı ilə keçirilən aksiyada bir neçə nəfəri həbs edib.
İranın paytaxtı və digər şəhərlərində iğtişaşlar altı gündür davam edir. Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanları ilə toqquşmalarda 30-dan çox insan həlak olub, onlarla insan yaralanıb, yüzlərlə insan saxlanılıb.
Qeyd edilir ki, Şiraz və Məşhəddə polis əməkdaşlarına qarşı hücumlar olub, “Bəsic” İslam xalq könüllüləri dəstəsinin bir zabiti və iki döyüşçüsü öldürülüb.
Son xəbərlər
01:48
ABŞ Senatı Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşdirilməsi layihəsini qəbul etməyib
Digər ölkələr01:27
Video
Qərbi Azərbaycan Xronikası: "Sülh Ermənistanda revanşistlər üçün təhlükəyə çevrilib"
Daxili siyasət01:15
Zelenski müharibəni davam etdirməyə hazır olduğunu açıqlayıb
Digər ölkələr00:57
Lyayen: "Vahid Avropa, vahid bazar" 2027-ci ilin sonuna qədər qitə iqtisadiyyatını dəyişdirəcək
Digər ölkələr00:44
"Bloomberg": Rusiya ABŞ ilə tərəfdaşlıq üçün dollarla hesablaşmalara qayıtmaq istəyir
Region00:21
Avropa "dərinləşdirilmiş əməkdaşlıq" mexanizminin tətbiqinə razılıq verməyə hazırdır – İCMAL
Digər ölkələr00:03
KİV: ABŞ Sülh Şurasının iclasında Qəzzanın bərpası üçün milyardlarla dollarlıq plan təqdim edəcək
Digər ölkələr23:47
Tramp İranla sazişin mümkün bağlanma vaxtını açıqlayıb
Digər ölkələr23:42