İranda partlayış olub, xəsarət alanlar var

İranda partlayış olub, xəsarət alanlar var İranın İsfahan şəhərində kimyəvi preparatların və fişənglərin istehsalı ilə məğşul olan zavodda partlayış olub
Region
194
23 May , 2021 10:57
İranda partlayış olub, xəsarət alanlar var

İranın İsfahan şəhərində kimyəvi preparatların və fişənglərin istehsalı ilə məşğul olan zavodda partlayış olub.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində azı 9 nəfər xəsarət alıb.

“Kimya zavodunda baş vermiş partlayışın səbəbi araşdırılır, 9 nəfər xəstəxanaya aparılıb”, - deyə “Mehr” dövlət agentliyi yerli tibb xidmətinin mətbuat katibi Abbas Abedidən sitat gətirib.

Qeyd edək ki, bu, son günlər İranda kimya zavodlarında baş verən ikinci hadisədir. Mayın 2-də Qum şəhərində yerləşən kimyəvi zavodda da yanğınla nəticələnən partlayış baş verib. Güclü yanğından sonra bir neçə partlayış qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi