İranda koronavirus pandemiyasının üçüncü dalğası başlayıb

İranda koronavirus pandemiyasının üçüncü dalğası başlayıb İranın Tehran əyalətində koronavirus pandemiyasının üçüncü dalğası başlayıb.
Region
20 Sentyabr , 2020 22:43
İranda koronavirus pandemiyasının üçüncü dalğası başlayıb

İranın Tehran əyalətində koronavirus pandemiyasının üçüncü dalğası başlayıb.

“Report“ ISNA-ya istinadən xəbər verir ki, bu barədə virusun yayılmasına qarşı qərargahın başçısı Əli Rza Zali bildirib.

"Son günlərin statistikası göstərir ki, Tehranda artıq üçüncü dalğa başlayıb", - o deyib. Zali əlavə edib ki, "ikinci və üçüncü dalğa arasında zaman məsafəsi az olub".

O qeyd edib ki, üçüncü dalğaya uyğun olaraq statistik göstəricilərin artması müşahidə edilir.

"Biz Tehranda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə məhdudiyyətlərin geri qaytarılması üçün qərargah adından Səhiyyə nazirinə məktub göndərdik. Bu xüsusən distant iş formatına aiddir", - deyə Zali əlavə edib.

İranda son günlər koronavirusa yoluxma hallarının sayının artması müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi