İranda güclü zəlzələ olub, ölən və yaralananlar var

İranda güclü zəlzələ olub, ölən və yaralananlar var İranda 5,6 bal gücündə zəlzələ olub.
Region
25 İyun , 2022 23:46
İranda güclü zəlzələ olub, ölən və yaralananlar var

İranda 5,6 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Dərinliyi 22 kilometr olan yeraltı təkanlar Hörmüzqan əyalətinin Çərək limanı və Kiş adası yaxınlığında qeydə alınıb.

Zəlzələ nəticəsində 1 nəfər ölüb, 30 nəfər yaralanıb.

Kiş adası xəstəxanasının baş həkimi Mostafa Nadealinejad bildirib ki, yaralılardan 4-ü yıxılaraq xəsarət alıb, üçüncü mərtəbədən yıxılan bir nəfərin beyin silkələnməsi var.

Son xəbərlər

Orphus sistemi