İranda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı artıb

İranda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı artıb Bu barədə Qırmızı Aypara Cəmiyyəti bildirib
Region
18 Fevral , 2021 19:04
İranda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı artıb

İranda ötən gecə baş verən zəlzələ nəticəsində azı 61 nəfər xəsarət alıb.

“Report” “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə Qırmızı Aypara Cəmiyyəti bildirib.

Xatırladaq ki, ölkənin cənub-qərbində, Kohqiluyə və Buyir-Əhməd ostanındakı Sisəxt şəhəri yaxınlığında, Zaqros dağlarında 5.6 maqnitudalı zəlzələ baş verib. Sarsıntı nəticəsində ölən olmasa da, bəzi binalara və yollara ziyan dəyib, Yəsuc şəhərində işıq və su təminatında fasilələr yaranıb.

İRNA xəbər verir ki, əraziyə İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”) və Milli Fövqəladə Hallar Təşkilatının dəstələri cəlb edilib.

Son xəbərlər

Orphus sistemi