İranda ayətullah qətlə yetirilib
Region
- 26 aprel, 2023
- 08:47
İran Dini Ekspertlər Şurasının üzvü ayətullah Abbas Əli Süleymani Babolsar şəhərində silahlı hücum zamanı öldürülüb.
“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə Mazandaran əyaləti siyasi təhlükəsizlik üzrə idarə rəisinin müavini Ruhulla Selaqi məlumat verib.
Onun sözlərinə görə, aprelin 26-da səhər saatlarında ayətullah Süleymaniyə silahlı hücum olub. O, Sistan-Bəlucistan əyalətini Dini Ekspertlər Şurasında təmsil edirdi. Abbas Əli Süleymani əvvəllər İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin Sistan-Bəlucistan üzrə nümayəndəsi olub.
Məlumata görə, hadisə Mazandaran əyalətinin Babolsar şəhərinin Şəhrəbanu meydanı ərazisində baş verib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Son xəbərlər
15:52
Azərbaycan Basketbol Federasiyasında Məşqçilər Departamenti yaradılıb
Komanda15:49
Foto
Şahin Bağırov Samuxda vətəndaşları qəbul edib
Biznes15:48
Azərbaycanın cüdo millisinin Budapeştdəki "Böyük Dəbilqə" turniri üçün heyəti açıqlanıb
Fərdi15:44
Foto
Dünya Bankı Qrupu Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçə bilər
Biznes15:41
Foto
Gömrükçülər "bitum" yükündə 45 kiloqramdan çox metamfetamin aşkarlayıb
Biznes15:41
UNECE: SOCAR metan emissiyalarının azaldılması ilə bağlı real addımlar atır
Energetika15:35
BMT Azərbaycan müəssisələrinə kömək etmək istəyir
Biznes15:34
SOCAR Xəzərdəki köhnə quyulardan neft sızıntılarının qarşısının alınması üçün proqram hazırlayacaq
Energetika15:33