İran XİN başçısı: “Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”

İran XİN başçısı: “Ukraynaya hücumu kəskin şəkildə pisləyirik” “Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”.
Region
26 May , 2022 14:01
İran XİN başçısı: “Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”

“Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”.

“Report” “Farsnews”a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində ABŞ-ın “Newsweek International” həftəlik dərgisinin redaktoru, beynəlxalq münasibətlər üzrə ekspert, tanınmış siyasi təhlilçi Fərid Rafiq Zəkəriyyə ilə görüşdə Ukrayna böhranından danışarkən bildirib.

O, ABŞ və NATO-nu da müharibənin başlamasına görə tənqid edərək deyib: “Biz Ukraynaya qarşı hərbi əməliyyatlar kimi, Əfqanıstan, İraq, Yəmən və Fələstinə qarşı fəaliyyəti də doğru saymırıq. Ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrova İranın hər iki tərəfi qəbul etməyə hazır olduğunu təklif etdim””.

H.Əmirabdullahian deyib ki, ABŞ daha realist olacaq: “Donald Trampın maksimal təzyiq amili aradan qalxacaq”.

Nazir vurğulayıb ki, danışıqlara başlamaq alınmazsa, İran iqtisadi maraqlardan məhrum olarsa, deməli, Trampın təzyiq amili qalır.

H.ƏmirAbdullahian Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri ilə İran arasında münasibətlərin perspektivindən də danışıb.

Son xəbərlər

Orphus sistemi