İran Əfqanıstanda sərhəd-keçid məntəqəsini ələ keçirməsini təkzib edib

İran Əfqanıstanda sərhəd-keçid məntəqəsini ələ keçirməsini təkzib edib İran hakimiyyəti "Taliban" silahlıları ilə toqquşmalar zamanı Əfqanıstanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin itirilməsi ilə bağlı xəbərləri təkzib edib.
Region
2 Dekabr , 2021 00:50
İran Əfqanıstanda sərhəd-keçid məntəqəsini ələ keçirməsini təkzib edib

İran hakimiyyəti "Taliban" silahlıları ilə toqquşmalar zamanı Əfqanıstanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin itirilməsi ilə bağlı xəbərləri təkzib edib.

“Report” xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.

"İranın sərhəd-keçid məntəqələrini ələ keçirməsi ilə bağlı şayiələr kökündən yanlışdır", - İran xəbər agentliyi bildirib.

Qeyd edilir ki, dekabrın 1-i günorta saatlarında İran sərhədçiləri ilə "Taliban" arasında Nimroz əyaləti yaxınlığındakı Şaqalak bölgəsində sərhəddə anlaşılmazlıq səbəbindən toqquşma baş verib.

Son xəbərlər

Orphus sistemi