Dubay İranın hücumunu təkzib edib - YENİLƏNİB

Region
  • 03 aprel, 2026
  • 02:49
Dubay İranın hücumunu təkzib edib - YENİLƏNİB

Birləşmiş Ərəb Əmirliklərinin bir hissəsi olan Dubay əmirliyi hökuməti Amerikanın Oracle şirkətinə məxsus məlumat mərkəzinə hücum barədə məlumatları təkzib edib.

"Report" xəbər verir ki, bu barədə əmirliyin mətbuat mərkəzi məlumat verib.

Qeyd olunub ki, İranın Amerikanın Oracle şirkətinin məlumat emalı mərkəzinə hücum etdiyi iddiaları doğru deyil.

"İranın Oracle məlumat mərkəzini hədəf alması ilə bağlı xəbərlər həqiqətə uyğun deyil", - deyə məlumatda qeyd olunub.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Dubayda Amerikaya məxsus "Oracle" şirkətinin məlumat mərkəzinə zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə korpusun "X" hesabında paylaşılıb.

"Biz iki Amerika şirkətinin - Dubayda Oracle və Bəhreyndə Amazon şirkətinin məlumat mərkəzlərinə zərbə endirdik. Biz əvvəllər xəbərdarlıq etmişdik ki, iranlıların qətlə yetirilməsinə cavab olaraq hərəkətlərimiz terror maşınını sıradan çıxarmağa yönələcək", - deyə bəyanatda bildirilib.

Bundan əvvəl İran Bəhreyndə "Amazon"un bulud hesablama mərkəzinə zərbə endirdiyi bildirib.