İran ABŞ ilə bütün məhkumları dəyişdirməyə hazırdır.
“Report” xəbər verir ki, bu barədə xarici işlər naziri Məhəmməd Cavad Zərif Nyu-Yorkda keçirilən “Xarici Əlaqələr Şurası” adlı virtual platformda bildirib.
“Biz tam şəkildə mübadiləyə hazırıq. Burada söhbət İran vətəndaşlarından gedir. ABŞ həbsxanalarında olan vətəndaşlarımız yalnız öz ölkələrinə dönük çıxmadıqları üçün oraya düşüblər”, - nazir deyib.
Qeyd edək ki, ABŞ hökuməti də uzun müddətdir öz vətəndaşlarını, o cümlədən hər iki ölkənin vətəndaşı olan ata-oğul Bağır və Siamak Namaziləri azad etməyə çağırır. 2018-ci ilin iyun ayında tərəflər arasında iranlı-amerikalı fizika alimi Məcid Tahiri ilə dəniz piyadası Maykl Uayt qarşılıqlı olaraq təhvil veriliblər. Həmin ilin dekabr ayında isə İranda casusluq ittihamı ilə həbsdə olan amerikalı Ksiyu Vanq və ABŞ tərəfindən İrana qarşı sanksiyaları pozmaqda ittiham olunmuş Məsud Süleymani qarşılıqlı olaraq azad edilmişdilər.