Muharrem İnce: “Türkiyənin Azərbaycana yardımına qarşı olanlarla yolumu ayırıram”

Muharrem İnce: “Türkiyənin Azərbaycana yardımına qarşı olanlarla yolumu ayırıram” Bu gün türkiyəli siyasətçi Muharrem İnce Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verəcək
Region
8 Fevral , 2021 15:46
Muharrem İnce: “Türkiyənin Azərbaycana yardımına qarşı olanlarla yolumu ayırıram”
Muharrem İnce

Bu gün türkiyəli siyasətçi Muharrem İnce Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verəcək.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bunu müxalifətçi yaratdığı “Min gündə məmləkət hərəkatı”nın Ankaradakı ofisi qarşısında açıqlayıb.

“Müxalifət partiyadaxili demokratiyanı yox edərək millətə demokratiya vəd etsən, heç kəs sənə inanmaz. CHP-də Atatürk deyə bilməyən CHP-çi rəhbərlərin olması bizi məyus edir. Bu gün yolayrıcında olduğumu bilirəm. Partiyanı idarə edənlər partiyanın övladlarına iftira atıb. Ortada prinsip və dəyər qalmayıb. Layəqət yoxdur. Atatürkün partiyası qalmayıb. Atatürk deyə bilməyənlərdən yolumu ayırıram. Saxta CHP-çilərlə yolumu ayırıram. FETO-çuları qoruyanlarla yolumu ayırıram. “Təəssüf ki, Türkiyə Azərbaycana yardım etdi” deyənlərlə yolumu ayırıram. ABŞ-dan demokratiya dilənənlərlə yolumu ayırıram. “Liviyada nə işimiz var” deyənlərdən ayrılıram”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi