İstanbulda güclü zəlzələ olub, dərslər təxirə salınıb - FOTO - YENİLƏNİB-2 - VİDEO

İstanbulda güclü zəlzələ olub, dərslər təxirə salınıb - FOTO - YENİLƏNİB-2 - VİDEO İstanbulda baş verən zəlzələdən sonra şəhərdəki bəzi məktəblərdə dərslər təxirə salınıb.
Region
26 Sentyabr , 2019 16:15
İstanbulda güclü zəlzələ olub, dərslər təxirə salınıb - FOTO - YENİLƏNİB-2 - VİDEO

İstanbulda baş verən zəlzələdən sonra şəhərdəki bəzi məktəblərdə dərslər təxirə salınıb.

“Report” Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, həmçinin xəstəxanalar boşaldılıb. Bir çox iş yerlərində əməkdaşlar evə buraxılıb. Şəhərdəki Avropa-Asiya körpüsündə uzun avtomobil tıxacı yaranıb. 

Yeraltı təkanlar nəticəsində şəhərdə yaranan dağıntıların miqyasını müəyyənləşdirmək üçün araşdırmalara başlanılıb.


*** 15:38

İstanbulda baş verən zəlzələ dağıntıya səbəb olub. 

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, şəhərin Avcılar məhəlləsindəki məscidin minarəsi aşıb.


*** 15:03

Türkiyənin İstanbul şəhərində 6 bal gücündə zəlzələ olub.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Kandilli Rəsədxanası məlumat  yayıb.

Yeraltı təkanlardan vahimələnən sakinlər küçələrə çıxıb. Eyni zamanda məktəblər, xəstəxanalar və ticarət mərkəzləri təxliyyə edilib. Rabitə xətlərində problem yaranıb. Bu səbəbdən zəlzələdən sonra vətəndaşlar yaxınları ilə əlaqə saxlamaqda çətinlik çəkib.

Dağıntılar barədə məlumat verilməyib.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi