İstanbulda güclü partlayış olub, azı 9 alman turisti ölüb - VİDEO - YENİLƏNİB-2
- 12 yanvar, 2016
- 09:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 12 yanvar. REPORT.AZ/ İstanbulun Sultanahmet rayonunda törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda İstanbul valiliyi bildirib.
Məlumata görə, hadisəni törədənlərin hədəfində turistlər olub.
*** 13:26
Bakı. 12 yanvar. REPORT.AZ/ "Report" xəbər verir ki, Türkiyə KİV-lərinin yaydığı ilkin məlumata görə, partlayış nəticəsində ölənlərdən 9 nəfəri alman turistidir.
*** 12:43
Bakı. 12 yanvar. REPORT.AZ/ İstanbulun Sultanahmet rayonunda güclü partlayış baş verib.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində çoxlu sayda ölən və yaralanan var.
Hadisənin neçə baş verdiyi hələlik məlum deyil.